DİM xaricdə təhsil alan azərbaycanlı gənclərə müraciət etdi

4 İyun 2018 09:41 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alanlar vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün müvafiq dövlət orqanlarına müraciət edə bilərlər.

Qeyd edilənlərə əsasən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil almış şəxslərin vakant dövlət qulluğu vəzifəsi üzrə dövlət qulluğuna qəbulda hər hansı bir çətinliklə qarşılaşarsa, Dövlət İmtahan Mərkəzinə müraciət etmələri tövsiyə edilir.

AzNews.az