İki uşaq atası özünü asdı

4 İyun 2018 09:44 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Xatınlı kənd sakini, 1966-cı il təvəllüdlü Hüseynov Vasif Zeynalabdin oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Məlumata görə, V. Hüseynov bir müddət əvvəl yaxın qohumu dünyasını dəyişən vaxtdan depressiyaya düşüb.

Onun iki övladı var.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

AzNews.az