Ronaldonu MMA döyüşçüsü qoruyacaq

4 İyun 2018 09:50 (UTC+04:00)

“Report” xəbər verir ki, Marekos əvvəllər orduda xidmət edib, indi isə Portuqaliyanın özəl mühafizə şirkətlərindən birini təmsil edir. Boş vaxtlarında toreador kimi pul qazanır.

Salqado da həmin mühafizə şirkətində çalışır. O, 2006-cı ildən 2011-ci ilə qədər superağır çəkidə 7 döyüşdə qalib gəlib.

Marekos və Salqadonun Çempionlar Liqasının Kiyevdə keçirilən final oyunu zamanı da Ronaldonu müşayiət etdiyi bildirilir.

Portuqaliya DÇ-2018-in qrup mərhələsində İspaniya, Mərakeş və İranla qarşılaşacaq.