AZƏRTAC xəbər verir ki, “Facebook Ireland” və “Facebook Inc.” şirkətləri 100 milyon avro məbləğində cərimələnə bilərlər.
Lakin şirkət İtaliyanın gəlir agentliyi olan “Agenzia delle Entrate” ilə danışıqlar apararaq daha az məbləğdə cərimə ödəyə bilər.
Ötən ilin dekabrında “Facebook” bildirmişdi ki, gəlir əldə etdiyi ölkələrdə alınan vergilərə uyğun olaraq öz vergi strukturunu təkmilləşdirəcək.
Bu addım “Facebook”un İtaliya da daxil olmaqla, 30 ölkədə vergi ödənişlərinə öz təsirini göstərəcək.
AzNews.az