Həkimlər Noyerin dünya çempionatında iştirakına icazə verdilər

4 İyun 2018 13:17 (UTC+04:00)

AZƏRTAC “Bild” saytına istinadla xəbər verir ki, 32 yaşlı almaniyalı qolkiper ayaq zədəsi aldığından praktiki olaraq, 2017/2018-ci il mövsümündə iştirak etməyib. Noyerin Avstriya ilə yoldaşlıq görüşündə (1:2) iştirakından sonra milli komandanın baş məşqçisi Yoahim Lev Manuel futbolçunun dünya çempionatına gedib-getməyəcəyi barədə hələ qəti qərar qəbul etmədiyini bildirib.

2018-ci il dünya çempionatının qrup mərhələsində Almaniya yığması Meksika, İsveç və Cənubi Koreya komandaları ilə mübarizə aparacaq.

AzNews.az