İdmançımız Avropa çempionu oldu

4 İyun 2018 13:54 (UTC+04:00)

Azərbaycan Ciu-citsu Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Avropa çempionatında ölkəmiz üç idmançı ilə təmsil olunub.

Təmsilçimiz Vüqar Cəfərov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Millimizin digər üzvü Elşən İbişov finaladək inamla irəliləyib. Ancaq həlledici görüşdə uduzan idmançımız gümüş medalla kifayətlənib.

Ruslan Seyidov isə əlindən zədə aldığı üçün yarışı yarımçıq bitirmək məcburiyyətində qalıb.

AzNews.az