AzNews.az xəbər verir ki, nağılların peşəkar studiyada səsləndirilməsi prosesinə “Belə-belə işlər” layihəsindəki uğurlu fəaliyyəti və balacalara olan sonsuz sevgisi ilə fərqlənən Kəmalə Rövşən cəlb edildi. Uşaqlara nağıl danışmağı çox sevən Kəmalə xanımın bu həvəsi “Nar” operatorunu belə bir faydalı aksiyaya imza ataraq balacaları sevindirməyə ruhlandırdı. Prosesin əks olunduğu xüsusi video “Nar”-ın sosial media səhifələrində ictimaiyyətə təqdim edildi.
Xatırladaq ki, elm, təhsil və uşaqlara qayğı “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyasının tərkib hissəsidir. Mobil operatorun KMS strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.