Nazirlik Mədəniyyət Evinin ərazisini satıb?

19 Mart 2013 14:00 (UTC+04:00)
Bakı Uşaq Teatrı yerləşdiyi Hüseynqulu Sarabski adına Mədəniyyət evindən çıxarılır. AzNews.az-a daxil olan məlumata görə, bunun üçün teatra iki gün vaxt verilib.

Hələ bu harasıdır? Məlumatlı mənbənin sözlərinə görə, Hüseynqulu Sarabski adına Mədəniyyət Evinin əməkdaşları da sözügedən ünvandan qovulur.

Mənbə bildirir ki, hər iki mədəniyyət ocağının yerləşdiyi bu binanın ərazisi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən satılıb. Nazirlik rəsmisi hər iki mədəniyyət müəssisəsinə "tez buranı boşaldın, elə etməyin ki,..." deyə əmr verib. İndi bu qurum yaş töküb qan ağlayır ki, bayram vaxtı tamaşaçılarına nə deyəcək.

Bahar Rüstəmli
AzNews.az