Bakıda daha bir zavodda yanğın - Yenilənib

4 İyun 2018 15:31 (UTC+04:00)

FHN-dən AzNews.az-a bildirilib ki, ilkin məlumata görə, təxminən 200 m² ərazidə istifadəyə yararsız avtomobil şinləri yanıb.

Qeyd edək ki, dünən Bakıda Ağac Emalı Zavodunda da oxşar yanğın baş vermişdi.

***
15:19

Bakı şəhəri, Binəqədi rayonunda Bakı Poladtökmə Zavodunun ərazisində istifadəyə yararsız avtomobil şinləri yanır.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir.

Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, dünən Bakıda Ağac Emalı Zavodunda da oxşar yanğın baş vermişdi.