Azərbaycanda bu əməliyyat qadağan edilir

4 İyun 2018 18:05 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bununla bağlı “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna yeni maddə əlavə olunacaq.

Əlavə edilən 4-1 (Ksenotransplantasiyanın qadağan olunması) maddəsində ksenotransplantasiyanın qadağan olunduğu əks olunub.

Ksenotransplantasiya insan orqanlarının heyvana, yaxud heyvan orqanlarının insana köçürülməsidir.

Dəyişiklik layihəsi Milli Məclisin Səhiyyə komitəsinin iyunun 5-də keçiriləcək iclasında müzakirə ediləcək.