AzNews.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, birgə taktiki təlimin son günü “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.
Tədbirdə Türkiyə Silahlı Qüvvələrinin 3-cü Ordusunun komandanı ordu generalı İsmail Serdar Savaşın və Azərbaycan Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayevin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.




