Samuxda kanalda 24 yaşlı gənc batdı

4 İyun 2018 19:08 (UTC+04:00)

Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Samux rayonu, Qarabağlar kəndi ərazisində su kanalında 1994-cü il təvəllüdlü Allahverdiyev Ceyhun Zaməddin oğlunun batdığı ehtimal olunur.

FHN-nin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

AzNews.az