Azərbaycanda səfərdə olmuş indoneziyalı jurnalist reportaj hazırladı - Video

4 İyun 2018 19:38 (UTC+04:00)

AzNews.az xəbər verir ki, ANTARA informasiya agentliyinin nümayəndəsi Bambang Purvanto səfərlə bağlı təəssüratlarını bölüşərək deyib: “Azərbaycan düşündüyümdən də gözəldir. Getdiyimiz bütün yerlərdə inkişafın, infrastrukturun yenilənməsinin, quruculuq işlərinin şahidi olduq. Bütün bunlar xalqın xoşbəxt gələcəyinə yönəlib. Ölkənizdəki inkişaf bütün dünyaya çatdırılmalıdır. Biz ümid edirik ki, Azərbaycanla İndoneziya arasında əlaqələr daha da güclənəcək”.

İndoneziyadan olan digər jurnalist Nia Amira isə fikirlərini belə ifadə edib: “Mən iki ildir ki, İndoneziyada Azərbaycanı tanıdıram, əsasən Qarabağ haqqında yazıram. Həmçinin Qarabağ əhalisi, Qarabağ atları haqqında şeirlər də yazmışam. Cakartada İslam Universitetində Xocalı faciəsi ilə bağlı seminar təşkil etmiş, film nümayiş etdirmişəm. Ümid edirəm ki, Qarabağ torpaqları işğaldan azad olunar və insanlar öz doğma yurdlarına qayıdaraq orada xoşbəxt həyat yaşayarlar”.