Şəmkirdə 18 yaşlı oğlan süni göldə boğularaq öldü

4 İyun 2018 20:53 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində baş verib.

Kənd sakini, 2000-ci il təvəllüdlü Süleymanov Kamil Məmməd oğlu yaradılan süni göldə çimən zaman boğulub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları meyiti sudan çıxararaq aidiyyatı üzrə təhvil verib