Ukraynada binanın fasadı uçdu - Azərbaycanlı altında qaldı

4 İyun 2018 21:23 (UTC+04:00)

Oxu.Az xəbər verir ki, bu haqda “Lvovskiy portal” məlumat yayıb.

Məlumata görə, fasadın dağıntıları altında qalan kişi müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

“Qoryaçaya liniya” da bu haqda informasiya yayıb.

“Qalitskiy küçəsi ilə Rınok meydanının kəsişməsində evin fasadının bir hissəsi uçub. Nəticədə Azərbaycan vətəndaşı olan Bakı sakini yaralanıb. Həmin kişi Təcili tibbi yardım xəstəxanasına çatdırılıb.”, - deyə Lvov meriyasının məlumatda qeyd olunur.

AzNews.az