“Yanağımdan öpdüyü üçün üzümü yumaq istəmirdim” - Gülyanaq Zeynəb Xanlarova barədə (Video)

4 İyun 2018 23:31 (UTC+04:00)

AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni xalq artisti Zeynəb Xanlarova ilə bağlı xatirəsini bölüşüb:

“Şəkidə təşkil olunan müsabiqələrdən birindən çıxanda Zeynəb Xanlarova və həmin dövrdə rayon icra hakimiyyətində 3-cü katib işləyən Sevil xanım qarşımıza çıxdı. Sevil xanım bizi göstərib dedi ki, bu qızlar gələcəyin Zeynəbləridir. Zeynəb Xanlarova əyilib üzümüzdən öpdü, başımıza sığal çəkdi.

Bilirsiniz, uşağın yadından heç nə çıxmır. O qədər sevinmişdim onu həyatda gördüyümə, məktəbdə hamıya bu əhvalatı danışırdım ki, mən Zeynəb Xanlarova ilə görüşmüşəm, o məni yanağımdan öpüb. Buna görə hətta üzümü də yumaq istəmirdim”.