Vulkan püskürməsi nəticəsində ölənlərin sayı 69-a çatdı

5 İyun 2018 09:14 (UTC+04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 65 nəfərin öldüyü bildirilirdi.

Hazırda ölənlərdən 17-nin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. Həyatlarını itirənlərin əksəriyyəti Eskuintla departamentinin sakinləridir – 54 nəfər.

Təbii fəlakət nəticəsində 46 nəfər xəsarət alıb, azı 3 min insan təxliyə edilib. Qvatemala hökuməti təxminən 2 milyon insanın hadisədən zərər gördüyünü açıqlayıb.

Hündürlüyü 3,7 km təşkil edən Fueqo Qvatemalanın ərazisində yerləşən ən fəal vulkanlardan biridir. Qvatemalanın eyni adlı paytaxtından 40 km aralıda yerləşən vulkan iyunun 3-dən püskürməyə başlayıb.

AzNews.az