Yolu keçən piyadanı maşın vurdu

5 İyun 2018 11:15 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, iyunun 4-də saat 19 radələrində Xəzər rayonunun Qala qəsəbəsində Bakı şəhər sakini Elvin Rəhimov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 60-65 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.