Sumqayıtın “təhsil şefi“ işdən azad olundu

19 Mart 2013 15:38 (UTC+04:00)
"Sumqayitxeber.com"-un yaydığı məlumata görə Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri vəzifəsindən azad olunub. Məlumatda bildirilir ki, Mahal Əliyev səhhətini əsas gətirərək, işdən azad olunması xahişi ilə özü ərizə ilə müraciət edib.

Qeyd edək ki, Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Vidadi Bağırov işdən azad olunduqdan sonra bu vəzifəyə Gəncə şəhər Təhsil şöbəsinin keçmiş müdiri Mahal Əliyev gətirilmişdi.

AzNews.az