Səudiyyədə ilk dəfə qadınlara sürücülük vəsiqəsi verildi

5 İyun 2018 15:18 (UTC+04:00)

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qadının fotosunu yol polisi paylaşıb. Sənədlər qadına alqış sədaları altında təqdim olunub.

Xatırladaq ki, Səudiyyə kralı Salman ibn Əbdüləziz əs-Saud 2017-ci ilin sentyabrında qadınların avtomobil idarə etməsinə qoyulan qadağanı aradan qaldırmışdı.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında qadınların maşın sürməsinə 1990-cı ildən icazə verilmirdi.

AzNews.az