AZƏRTAC Macarıstanın immiqrasiya idarəsinin məlumatlarına istinadla xəbər verir ki, bu, 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 10 min nəfər çoxdur.
Bu kəskin artım işçi qüvvəsinin qıtlığının hələ də davam etməsi ilə izah olunur. Macarıstanın MTİ informasiya agentliyinin məlumatına görə, keçən il Aİ-yə daxil olmayan ölkələrdən Macarıstanda işləməyə gəlmiş vətəndaşların sayı əslində xeyli çox ola bilər, çünki indi işçi qüvvəsinin qıtlığından əziyyət çəkən sahələrdə işləmək üçün qonşu ölkələrdən qastarbayterlər (əməkçi miqrantlar) kimi gələn tibb bacıları, sürücülər, ixtisaslı inşaatçılar, telekommunikasiya sahəsində mühəndislər və proqram təminatı mütəxəssislərinin bu ölkədə işləməsi üçün icazə tələb olunmur.
İşçilərin əksəriyyəti Aİ vətəndaşları olmayan, qonşu ölkələrdən gəlmiş qastarbayterlər olan sahələr üzrə dəqiq tədqiqat aparılmadığına baxmayaraq, mühafizəkar nəşr sayılan gündəlik “Magyar İdök” qəzetinin yazdığına görə, təcrübə göstərir ki, əksəriyyəti Ukraynadan olan belə şəxslər əsasən sənaye və tikinti sahələrində çalışırlar.
Macarıstan Ticarət-Sənaye Palatasının rəhbəri Laslo Parraq bu qəzetə müsahibəsində bildirib ki, uzunmüddətli perspektivdə işçi qüvvəsi qıtlığını azaltmaq üçün Macarıstana 200-300 min qastarbayter lazımdır.
Laslo Parraq daha sonra deyib: “Macarıstan firmaları qonşu Ukrayna və Serbiyadan olan əməksevər işçilərdən istifadə edə bilərlər. Bu insanlar yerli əmək mədəniyyətinə yaxşı inteqrasiya edirlər, lakin onların əksəriyyətini Qərbi Avropa cəlb edir”.
AzNews.az