Azərbaycan banklarının xarici borclanması artıb

5 İyun 2018 16:45 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, mart ayı ilə müqayisədə apreldə bankların xarici borclanması 7,5 mln. manat və ya 0,4% artıb.

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2018-ci ilin mayın 1-nə 5 680,1 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 241,9 mln. manat və ya 65,2% çoxdur. Məcmu xarici aktivlərin həcmində mart ayı ilə müqayisədə apreldə 191,7 mln. manat və ya 3,3%-lik azalma baş verib.

AzNews.az