Magistratura imtahanının II mərhələsinin nəticələri açıqlandı

5 İyun 2018 16:55 (UTC+04:00)

APA-nın xəbərinə görə, imtahanının nəticələri (2-ci mərhələ) və cavab kartlarının qrafik təsvirləri ilə Dövlət İmtahan Mərkəzinin saytında tanış olmaq olar.

Xatırladaq ki, toplanıla biləcək maksimal bal 150-dir.

Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 8-dən 18-dək internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.

AzNews.az