Prezident Goranboyda yaşayış binasının tikintisi üçün maliyyə ayırdı

5 İyun 2018 17:34 (UTC+04:00)

AzNews.az-ın xəbərinə görə, sərəncama əsasən Goranboy şəhərində qəzalı vəziyyətdə olan çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 40 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Goranboy Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.