İtaliyada bir nəfər göldə boğuldu - Ölən Azərbaycan vətəndaşıdı (Foto)

5 İyun 2018 18:05 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Roma Universitetinin Politologiya fakültəsinin tələbəsi olan 29 yaşlı Elnur Babayev Kastel Qandolfo şəhərindəki göldə boğularaq həyatını itirib. Hadisə iyunun 2-də baş verib.

Əməliyyat qrupları meyiti axtarmağda davam edir.

Qeyd edək ki, E.Babayev ailənin yeganə oğludur. Onun atası artıq İtaliyadadır.