Kürü oğrusu olan erməni Moskvada tutuldu

19 Mart 2013 16:10 (UTC+04:00)
Moskvada işsiz erməni 150 kiloqram qırmızı kürü oğurladıqdan sonra polis tərəfindən saxlanılıb. Bu barədə məlumatı Moskva hüquq-mühafizə orqanlarının nümayəndəsi Olqa Mitina verib.

Onun sözlərinə görə, erməninin saxlanması kürü ticarəti ilə məşğul olan firmanın direktorunun müraciəti əsasında həyata keçirilib: "Onun rəhbərlik etdiyi firmaya 150 kiloqram kürü istəyən şəxs müraciət edib. Əməkdaşlar anbardan kürünü müştərinin maşınına yükləyiblər. Ancaq bu zaman şəxs maşının qapısını bağlayaraq kürünün pulunu vermədən maşını sürüb gedib. Oğurlanan malın dəyəri isə290 min rubl təşkil edib".

Bir saat sonra polis əməkdaşları şübhəli şəxsi vağzal ətrafında saxlayıblar. Məlum olub ki, kürü oğrusu 31 yaşlı işsiz ermənidir. Faktla bağlı cinayət işi açılıb.

Telman
AzNews.az