Ermənistanda qızıl mədəninin bağlanması tələb olunur

5 İyun 2018 20:16 (UTC+04:00)

Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar mədənə gedən yolları bağlayıblar və hökumətdən məsələ ilə bağlı dəqiq cavab alanadək ərazidən çəkilməyəcəklərini bildiriblər.

Sakinlərin sözlərinə görə, 15 gün bundan əvvəl Qndevaz kəndinin sakinləri içməi suyun çırkələndiyini, onun içilməsinin mükün olmadığını görüblər. Ona görə Cermukdan olan ictimai fəllar qızıl mədənin bağlanması tələbi ilə çıxış edən kənd sakinlərinin dəstəkləyirlər.

Bu yataq ABŞ-ın “Lydian International” şirkəti tərəfindən istismar edilir. Amul qızıl mədəni Ermənistanda xalis qızıl ehtiyatına görə ikinci yerdədir. Orada 31 milyon ton filiz və 40 ton xalis qızıl olduğu ehtimal olunur. Yataq Cermuk şəhərindən 13 km aralı Ermənistanın cənub-şərqində, Arpa və Bərguşad (ermınilər Vorotan deyir) çayları arasında yerləşir.

AzNews.az