Səudiyyə Ərəbistanında qadınlarla bağlı yenilik

5 İyun 2018 20:26 (UTC+04:00)

Trend-in məlumatına görə, artıq bir qrup qadın avtomobil idarə etmək hüququ verən sənədi əldə edib.

Vəsiqəni alan qadınların sayı açıqlanmır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında qadınların avtomobil sürməsi qadağası iyunun 24-də aradan qaldırılacaq. Bu barədə ötən ilin sentyabrında Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz əl-Səud fərman imzalamışdı.

AzNews.az