Qırğızıstanda sabiq baş nazir həbs edildi - Foto

5 İyun 2018 20:37 (UTC+04:00)

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Mətbuat xidməti məlumat yayıb.

O, ölkə paytaxtı Bişkekin İstilik Elektrik Mərkəzinin müasirləşdirilməsi zamanı baş vermiş korrupsiya ilə bağlı araşdırılan cinayət işi çərçivəsində yaşadığı ərazini tərk etməmək barədə də iltizam verib.

Qeyd edək ki, Qırğız Respublikasının parlamenti 2017-ci ilin yekunlarına görə Sapar İsakov hökumətinə etmad göstərməyib. 40 yaşlı Siakovun başçılıq etdiyi və tərkibinə görə ən gənc Nazirlər Kabineti 2017-ci ilin sentyabrında and içib. Hökumətə etimad göstərilməməsi isə ölkə tarixində ilk hadisədir.