Zəlzələdən sonra avterşokların sayı 75-ə çatıb - Yenilənib

6 İyun 2018 11:02 (UTC+04:00)

Bunu APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

Şöbə müdiri qeyd edib ki, avterşokların hamısı zəif və hiss olunmayan təkanlardır.

***
09:37

"Zaqatalada baş verən zəlzələdən sonra indiyədək 7 avterşok qeydə alınıb".

Bu barədə APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, Zaqatalada zəlzələ güclü olduğundan böyük ehtimalla avterşoklar bir müddət davam edəcək.

Qeyd edək ki, dünən yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində 6 bal gücündə olub.

Xatırladaq ki, 2012-ci ildə Zaqatalada güclü zəlzələ baş verib.

AzNews.az