Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə rüsum artırılır

6 İyun 2018 11:08 (UTC+04:00)

“APA-Economics” xəbər verir ki, bu, “Dövlət Rüsumu haqqında” qanuna dəyişiklik layihəsində öz əksində tapıb.

Layihəyə əsasən, avto-nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu 25 manatadək artırılır.

Qeyd edək ki, qüvvədə olan qanuna görə avto-nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu 18 manatdır.

AzNews.az