Ramil Usubov xalası oğluna da vəzifə verdi

19 Mart 2013 21:52 (UTC+04:00)


Daxili işlər naziri Ramil Usubovun hər iki oğlunu rəhbərlik etdiyi nazirlikdə vəzifəyə təyin etməsi haqda bir müddət öncə məlumat vermişdik.

AzNews.az xəbər portalının əldə etdiyi yeni informasiyada isə nazirin daha bir qohumuna yüksək vəzifə hədiyyə etdiyi qeyd olunur.

Daxil olan məlumatda bildirilir ki, daxili işlər naziri Ramil Usubov xalasıoğlu, polis mayoru Süleyman Həsənovu Baş Yol Polis İdarəsinin İstintaq Təhqiqat İdarəsinin rəis muavini vəzifəsinə təyin edib.

Məlumat üçün bildirək ki, Bədən Tərbiyəsi İnstitutunun məzunu olan Süleyman Həsənov daha sonra Polis Akademiyasını bitirib.
O, bir müddət daxili işlər naziri Ramil Usubovun köməkçisi də işləyib. Həsən Süleymanov bu təyinata qədər isə Təhqiqat İdarəsində baş təhqiqatçı vəzifəsində çalışıb.

Orxan
AzNews.az