Vəkillər Kollegiyası yayılan iddialara münasibət bildirdi

6 İyun 2018 11:38 (UTC+04:00)

APA-nın məlumatına görə, A. Bağırov deyib ki, Vəkillər Kollegiyası hər zaman bu yöndə hər hansı iddiaya münasibətini bildirir.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri tam məsuliyyətlə vəkilliyə qəbul zamanı heç bir ayrı-seçkiliyə yol verilmədiyini vurğulayıb: "İmtahanlarda kəsilənlər sırasında dövlət qulluğunda olanlar da, hakim Yeni Azərbaycan Partiyasının üzvləri də var. Belə olan halda bunu necə izah edirlər? Biz vəkilliyə qəbulla bağlı müsabiqə zamanı kiminsə partiya mənsubiyyətini, yaxud dini mənsubiyyətini yoxlamırıq. Tələblər qanunla müəyyən olunub və biz o tələblərə uyğun sənədləri qəbul edirik. İnsanların hər hansı partiya, dini mənsubiyyəti və digər amillər bizim üçün hər hansı əhəmiyyət kəsb etmir. Tam məsuliyyətlə bildirirəm ki, kəsilənlər sırasında Yeni Azərbaycan Partiyasına mənsub insanlar azlıq təşkil etmir. Bunların sırasında başqa partiyaların da üzvləri ola bilər, var da. Yeri gələndə, Yeni Azərbaycan Partiyasının üzvləri də kəsilməklə bağlı şikayətlər eldirlər. Vəkilliyə qəbulla bağlı müsabiqədə hər hansı ayrı-seçkilik ola bilməz. Bu iddialar uydurma, böhtandır. Təbii ki, imtahanda kəsilən adam zəif cavab verdiyini söyləməyəcək, min bir səbəb gətirəcək. Təəssüf ki, insanlarda bu problem var, biz bunu görürük və lazımi reaksiya göstəririk".

AzNews.az