Musa Yaqubun səhhəti ilə bağlı yeni xəbər - Oğlu danışdı

6 İyun 2018 12:29 (UTC+04:00)

Bu barədə AzNews.az-a şairin oğlu məlumat verib. Onun sözlərinə görə, Musa Yaqubun ayaqlarındakı problem də aradan qalxıb:

“Atam 3-4 gündür ki, yaxşılaşıb. Artıq yavaş-yavaş yerişi də bərpa olunur. Özünü rahat hiss edir. Dostlarına da təşəkkür edirəm, onu bir an belə, tək buraxmadılar. Qələm dostları daim yanında oldular”.

Qeyd edək ki, bir neçə gün öncə Musa Yaqubun səhhəti ağırlaşmışdı. Şair uzun zamandır ki, parkinson xəstəliyindən əziyyət çəkir.

Bahar RÜSTƏMLİ
AzNews.az