İran qırmızı xəttə yaxınlaşır - Fransa XİN

6 İyun 2018 12:22 (UTC+04:00)

APA-nın xəbərinə görə, bunu Fransanın xarici işlər naziri Jan-İv Lö Drian “Europe 1” radiosuna açıqlamasında deyib.

Nazir bildirib ki, İranın bu təşəbbüsü arzuolunmazdır: “Bu, sanki qıcıq yaratmaq məqsədilə edilir. Qırmızı xətdə addımlamaq həmişə təhlükəlidir. Əgər belə davam etsə, bəli, razılaşma pozulacaq, amma İran bunu etsə, yeni sanksiyalara məruz qalacağını başa düşməlidir. Avropalılar sakit qalmayacaq”.

Qeyd edək ki, İranın ali dini lideri ayətullah Xamenei uranın zənginləşdirilməsini artırmaq üçün hazırlıq prosesinə başlamağı tapşırıb.

AzNews.az