Sinqapurda aviasiya uçuşlarına məhdudiyyət qoyulacaq, səbəbi isə...

6 İyun 2018 12:45 (UTC+04:00)

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatı və ABŞ-ın Federal Aviasiya İdarəsi məlumat yayıb. Onların bildirdiyinə görə, iyunun 11-dən 13-dək bəzi vaxtlarda Sinqapurun hava məkanı bağlanacaq. Bu ölkəyə uçan təyyarələr də “milli təhlükəsizlik səbəbindən” uçuş-eniş zolağında bir sıra çətinliklərlə üzləşəcək.

Xatırladaq ki, əvvəlcə sammitin ləğv olunduğu barədə Kim Çen Ina məktub göndərən Donald Tramp sonradan görüşün nəzərdə tutulan vaxtda - iyunun 12-də Sinqapurda keçiriləcəyini bildirmişdi.

AzNews.az