Türkiyə ordusu 130 PKK-çını məhv etdi

6 İyun 2018 13:14 (UTC+04:00)

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyənin Hakkari vilayətindəki hərbi birliklər Şimali İraqa göndərilib. Əməliyyat çərçivəsində pilotsuz uçuş aparatları ilə terrorçulara məxsus hədəflər vurulub.

Türkiyənin Baş naziri Binəli Yıldırım açıqlamasında bildirib ki, silahlı qüvvələr Fərat çayının qərbində 250 kilometrlik ərazinin terrorçulardan təmizləndiyini bəyan edib. Baş nazir, eyni zamanda, Fərat çayının cənubunda terrorçulara qarşı əməliyyatın aparıldığını bildirib. B.Yıldırımın sözlərinə görə, hazırda Şimalı İraqda türk ordusunun 11 qərargahı təşkil olunub. Türkiyənin daxili işlər naziri Süleyman Soylu isə bildirib ki, silahlı qüvvələrin apardığı əməliyyat nəticəsində PKK-nın əsas qərargahı hesab olunan Qəndil Türkiyə üçün təhlükəsiz məkana çevriləcək.

AzNews.az