Arıçılıqla bağlı layihəyə 1 milyon manat ayrılacaq

6 İyun 2018 13:52 (UTC+04:00)

Bu barədə "Report"a Azərbaycan Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov bildirib.

Assosiasiya rəhbəri layihənin maliyyə dəyərinin təqribi 1 milyon manata yaxın olduğunu və FAO tərəfindən maliyyələşdiriləcəyini vurğulayıb.

"Kənd Təsərrüfatı Nazirliyi layihədə tərəfdaş kimi iştirak edir. İlkin mərhələdə arıçıların maarifləndirilməsi ilə bağlı iş həyata keçiriləcək, onlara ekoloji təmiz sertifikatlaşma ilə bağlı məlumatlar veriləcək", - deyə B.Həsrətov vurğulayıb.

AzNews.az