Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

6 İyun 2018 14:01 (UTC+04:00)

Müdafiə Nazirliyindən verilən məlumata görə, iclasdan əvvəl MDB iştirakçı dövlətlərin müdafiə nazirləri Qələbə meydanına gələrək Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidəni ziyarət edib, önünə əklil qoyublar. Sonra qonaqlar Rusiya Federasiyası Müdafiə Nazirliyinin Kızıl şəhərindəki Prezident Kadet Məktəbinin tədris bazası ilə tanış olub, ağaclar əkib və “Aldın-Bulak” etnomədəni kompleksini ziyarət ediblər.

İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunub.

X X X

Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyası Tıva Respublikasının Kızıl şəhərinə gəlib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə iştirak edən müdafiə nazirləri Tıvanın Aldan-Maadır milli muzeyini, “Asiyanın mərkəzi” adlı memarlıq kompleksini ziyarət edərək müxtəlif ekspozisiyalarla tanış olublar.

AzNews.az