Hollandiyadan deportasiya edilən azərbaycanlı intihar etdi

6 İyun 2018 14:09 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, bu baərədə “facebook”da Orxan Məmməd adlı ictimai fəal məlumat yayıb. O bildirib ki, polislər Fikrəti Azərbaycana göndərmək üçün gəlib, lakin həmin şəxs qayıtmaq istəməyib: “Bir neçə günə cənazəsi göndəriləcək. Bu son vaxtlar artıq neçənci belə hadisədir. Adamları gətirənlər elə ümid verir ki, oturum alacaqlarından yüz faiz əmin olurlar. Rəqəmlər və faktlar isə təmiz fərqlidir. Bu ilin ilk 3 ayı ərzində Almaniyaya sığınmış 1564 nəfər azərbaycanlıdan cəmi 121-i müsbət cavab alıb. Miqrantlarla bağlı qanunlar son 2 ildə çox sərtləşib. Heç 15 nəfərdən birinə vermirlər”.