İsrail-Argentina oyunu təxirə salındı

6 İyun 2018 15:42 (UTC+04:00)

“Qafqazinfo” xəbər verir ki, oyunun Qüdsdə keçirilməsi planlaşdırılırdı. Fələstin Futbol Federasiyasının rəhbəri Cibril Racub azarkeşlərə müraciət edərək bildirmişdi ki, Argentina İsraillə yoldaşlıq oyunu keçirsə, Lionel Messinin formalarını yandırsınlar.

Bundan sonra Barselonada məskunlaşan Argentina yığmasının bazası önündə bir qrup fanat etiraz aksiyası keçirmişdi. Fanatlar İsraillə oyundan imtina olunmasını tələb edirdilər. Bütün bu etirazları və təhlükəsizlik amilini nəzərə alaraq, Argentina Qüdsə getməkdən imtina edib.

AzNews.az