“Neftçi”nin yeni baş məşqçisi müəyyənləşdi

6 İyun 2018 16:22 (UTC+04:00)

“Qafqazinfo” xəbər verir ki, paytaxt klubu italiyalı mütəxəssis Roberto Bordinlə anlaşıb.

“Neftçi” Bordinlə 2 illik razılıq əldə edib. 8 iyunda tərəflər arasında rəsmi müqaviləyə qol çəkiləcək.

Son klubu Moldovanın “Şerif” komandası olan mütəxəssis burdakı uğurları ilə məşhurdur. O, bu komanda ilə çempion olmaqla yanaşı Avropa Liqasının qrup mərhələsinə də vəsiqə qazanıb.

AzNews.az