XİN-in mətbuat xidmətindən AzNews.az-a verilən xəbərə görə, səfir Mariya Seoane etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
E. Məmmədyarov M. Seoaneni Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfir fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.