Avropanın üç dövləti ABŞ-a məktub ünvanladı

6 İyun 2018 16:49 (UTC+04:00)

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, məktubda İranda fəaliyyət göstərən Avropa İttifaqı ölkələrinə məxsus şirkətlərə ABŞ-ın bu ölkəyə tətbiq edəcəyi sanksiyalardan qorunmaq üçün güzəşt istənilib.

Güzəştin xüsusilə farmakologiya, səhiyyə, energetika, avtomobil, mülki aviasiya, infrastruktur və maliyyə sektorlarına şamil edilməsi tələb olunub.

Qeyd edək ki, ABŞ 2015-ci il iyulun 15-də İranın nüvə proqramı ilə bağlı imzalanan Hərtərəfli Birgə Fəaliyyət Planından çıxdığını elan edib. Avropa İttifaqına daxil olan ölkələr və Britaniya isə plan qəbul edildikdən sonra İranla ticarət əlaqələrini genişləndirməyə başlayıb.

AzNews.az