"Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, cinayətkarlar cütlüyün evindən zinət əşyaları, saatlar və bəzək əşyaları götürüblər.
Oğrular hadisə zamanı evdə heç bir iz qoymayıblar. Bu isə hüquq-mühafizə orqanlarının işinə çətinlik yaradıb.
Pike İspaniya milli komandasının düşərgəsində olduğu üçün evdə olmayıb. Onun həyat yoldaşı Şakira isə Almaniyada qastroldadır. Pike soyğunçuluğa görə polisə müraciət edib.
AzNews.az