Misirdə Azərbaycan-Qazaxıstan əlaqələri müzakirə olunub

6 İyun 2018 17:44 (UTC+04:00)

AzNews.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında tarixi dostluq əlaqələrindən söhbət açılıb. S.Nəsirov, Misirdə yaşayan Qazaxıstan diasporu ilə müştərək tədbirlər keçirərək ölkələrimizi layiqincə təmsil etməyə hazır olduğunu qeyd edib.

Qazaxıstanın səfiri ölkə rəhbərlərimizin dostluq münasibətindən söhbət açaraq, hər zaman Azərbaycanın Misirdəki diasporası ilə əməkdaşlıq etməyə hazır olduğunu deyib. Səfir Diaspora sədrinə, Misirdə təhsil alan qazaxıstanlı tələbələrə verdiyi dəstəkdən ötrü təşəkkürünü bildirib.

Qeyd edək ki, S.Nəsirov Misirdə təhsil alan 52 ölkədən olan 1000 dən çox tələbəyə rəhbərlik edir. Rəhbərlik etdiyi tələbələr arasında qazaxıstanlı tələbələr də mövcüddür. Görüşün sonunda S.Nəsirov ərəb mənbələrinə istinad edərək 100 azərbaycanlı alim və ədib haqqında yazdığı kitabı cənab səfirə hədiyyə edib.