Göyçayda hadisə - Bələdiyyəyə məxsus taxıl sahəsi yandı

6 İyun 2018 19:16 (UTC+04:00)

AzNews.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, rayonun Bığır kəndində bələdiyyəyə məxsus ərazidə 15 ha biçilməmiş taxıl sahəsi və 5 ha quru ot yanmışdır. Taxıl sahəsinin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.