Kürdəmirdə yol qəzası - Yaralı var (Foto)

6 İyun 2018 19:53 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Mollakənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 99 LM 189 dövlət qeydiyyat nişanlı “Lada” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə minik maşınının sürücüsü xəsarət alıb.

Yaralının kimliyi məlumdur. Xəsarət alan şəxs Ağdam rayonunun İmamverdibəyli kənd sakini, 1993-cü il təvəllüdlü Quliyev Rauf Akif oğludur.