Norveçdə niqab qadağan edildi

6 İyun 2018 20:27 (UTC+04:00)

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Norveçin Elm Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qadağa bu ilin avqustunda qüvvəyə minəcək və tələbələrə, məktəblilərə və müəllimlərə şamil ediləcək. Bu qayda qısamüddətli və başqa şəraitlərdə həmin müəssisələrə gələnlərə tətbiq edilməyəcək.

Qeyd edək ki, bu il mayın sonunda Danimarka parlamenti də hökumətin ictimai yerlərdə baş örtüyü ilə üzün gizlədilməsinin qadağan olunması barədə təklifini təsdiqləyib. Həmin qayda avqustun 1-dən qüvvəyə minəcək.

AzNews.az