İnsanlar üçün təhlükə - İt qripi yayıla bilər?

6 İyun 2018 20:53 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, itlər növbəti irimiqyaslı pandemiyaya səbəb ola biləcək virus daşıyıcılarına çevrilə bilər. ABŞ-ın Maunt-Sinaq Tibb məktəbindən olan tədqiqat qrupu belə bir nəticəyə gəlib.

Çinin cənubunda aparılmış tədqiqatlar zamanı itlərdə müxtəlif qrip virusu genomları müəyyən edilib.

Məlum olub ki, həmin itlərdə 2009-cu ildə güclü qrip pandemiyasına səbəb olmuş Çin donuzlarında getmiş proseslər aşkar edilib.

Qlobal epidemiyaların böyük əksəriyyətində donuzlar virusun “müvəqqəti sahibləri” rolunu oynayıb. Müvəqqəti o mənada ki, bir müddət virus daşıyıcısı olduqdan sonra onu insanlara yoluxdurublar.

2009-cu ildə yayılmış qrip pandemiyası zamanı donuz virusu ilə quş virusu arasında gen mübadiləsi baş vermiş, sonradan isə virus insanlara keçmişdi.

Quşlar və cütdırnaqlılar qrip viruslarının genetik müxtəlifliyinin əsas rezervuarları sayılır. Buna qədər itlər insan üçün o qədər də təhlükəli olmayan bir-iki qripin daşıyıcısı olub.